...

Albaniya baş naziri Azərbaycan və Qazaxıstana başsağlığı verib

Siyasət Materials 25 Dekabr 2024 20:15 (UTC +04:00)
Albaniya baş naziri Azərbaycan və Qazaxıstana başsağlığı verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan və Qazaxıstana başsağlığı verirəm.

Trend xəbər verir ki, bu barədə Albaniyanın baş naziri Edi Rama “X” sosial media hesabında yazıb.

“Albaniya adından dostlarımıza və qardaş ölkələrə - Azərbaycan və Qazaxıstana dərin hüznlə başsağlığı verirəm”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti