...

Prezident İlham Əliyev təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb

Siyasət Materials 25 Dekabr 2024 15:10 (UTC +04:00)
Prezident İlham Əliyev təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

Trend xəbər verir ki, Sərəncama əsasən, 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qəzasının səbəblərini araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb.

Dövlət Komissiyasının sədri

Əli Əsədov – Azərbaycan Respublikasının Baş naziri

Dövlət Komissiyasının üzvləri:

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Arif Məmmədov – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.

Dövlət Komissiyası:

Baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsini təmin etsin;

Qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etsin;

Dövlət Komissiyasının fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat versin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti