Bakı. Trend:
Polis Sabunçu rayonunda 6 evdən oğurluq edən 2 nəfəri saxlayıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində 6 evdən ümumilikdə 22000 manat dəyərində məişət əşyaları, 1800 manat dəyərində təmir alətləri və avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı A.Rəhimov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.