Astana. Trend:
Aktauda baş verən təyyarə qəzasında ən azı altı nəfər sağ qalıb.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova məlumat verib.
Nazirin sözlərinə görə, sağ qalan şəxslərin vəziyyəti son dərəcə ağırdır.
Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb.
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin qəzaya uğradığı yerə çatıblar. Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində respublika operativ qərargahı yaradılıb.