...

TDT təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Siyasət Materials 25 Dekabr 2024 13:54 (UTC +04:00)
TDT təyyarə qəzası ilə bağlı başsağlığı verdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi qəzaya uğramasını dərin hüznlə öyrəndik.

Trend xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının "X" sosial media hesabında qeyd edilib.

"Həyatını itirənlərin ailələrinə başsağlığı verir, qəzadan sağ çıxanlara isə tezliklə şəfa diləyirik. Bütün düşüncələrimiz və dualarımız bu faciəli hadisədən zərər çəkmiş qardaş və bacılarımızladır. Bu kədərli zamanda bütün zərər çəkmiş dövlətlərin xalqına səbr və başsağlığı veririk", - deyə bildirilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti