...

Qırğızıstanın üç vətəndaşı AZAL təyyarəsinin qəzasında sağ qalıb

Hadisə Materials 25 Dekabr 2024 18:04 (UTC +04:00)
Qırğızıstanın üç vətəndaşı AZAL təyyarəsinin qəzasında sağ qalıb
Abdullo Janob
Abdullo Janob
Bütün xəbərlər

Bişkek. Trend:

AZAL aviaşirkətinə məxsus və Bakı-Qroznı reysini həyata keçirən, Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə olan üç Qırğızıstan vətəndaşı sağ qalıb.

Bu barədə Trend Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

“Ümumilikdə üç Qırğızıstan vətəndaşı Qazaxıstanın Aktau şəhərindəki xəstəxanaya çatdırılıb. Bunlar A.R.T. (2004-cü il təvəllüdlü), O.T.M. (1998-ci il təvəllüdlü) və D.E.D. (1988-ci il təvəllüdlü) şəxslərdir”, - Nazirliyin məlumatında bildirilir.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Xəbər lenti

Xəbər lenti