Bakı. Trend:
Bank sektorunun xarici öhdəlikləri 2,7 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu, ilin əvvəlinə nəzərən 75,9 milyon manat çoxdur.
Qeyd olunub ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki artım ilə əlaqədardır.