Bakı. Trend:
2006-cı ildən etibarən dövlət xətti ilə 52,4 min şəxsə 3,3 milyard manat həcmində ipoteka krediti verilib.
Trend-in məlumatına görə, bunu İpoteka və Kredit Zəmanəti Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" təlimində deyib.
O bildirib ki, bankdaxili ipoteka kreditlərinin həcmi də artıq ümumi portfeldə 18,6% təşkil edib:
"1,2 milyard manat həcmində 12 minə yaxın vətəndaş bankdaxili
ipoteka kreditlərindən faydalanıb.
Ümumilikdə, ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi 4,5
milyard manatdır".