...

BƏƏ XİN təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Siyasət Materials 25 Dekabr 2024 18:47 (UTC +04:00)
BƏƏ XİN təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alanlarla, eləcə də Azərbaycan Respublikasının hökümətinə və xalqına dərin hüznlə başsağlığı bildirir.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyinin rəsmi veb saytında paylaşdığı bəyanatda qeyd edilib.

“Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikası ilə həmrəy olduğunu,Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və onlarla insanın həlak olması ilə bağlı səmimi başsağlığı verir. Azərbaycana və onun dost xalqına, bu ağrılı faciə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı ifadə edir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, - bəyanatda deyilir.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti