...

AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk - Moldova Prezidenti

Siyasət Materials 25 Dekabr 2024 15:15 (UTC +04:00)
AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk - Moldova Prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk.

Trend xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu "X" sosial media hesabında qeyd edib.

"Düşüncələrimiz qurbanlar, onların ailələri və bütün zərərçəkənlərlədir. Sağ qalanlara və orada olan xilasetmə qruplarına güc diləyirik", - deyə o bildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti