...

"ACWA Power" 2024-cü ilin “Fəal Xarici Şirkəti” adına layiq görülüb

İqtisadiyyat Materials 25 Dekabr 2024 11:07 (UTC +04:00)
"ACWA Power" 2024-cü ilin “Fəal Xarici Şirkəti” adına layiq görülüb

Bakı. Trend:

Enerji keçidi sahəsində lider və dəniz suyunun duzsuzlaşdırılması üzrə dünyanın ən böyük özəl şirkəti olan "ACWA Power" Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkil etdiyi “Dayaq” Mükafatı tədbirində 2024-cü ilin “Fəal Xarici Şirkəti” adına layiq görülüb.

Mükafatı "ACWA Power"ın Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven qəbul edib və bildirib:

“Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30%-ə çatdırmaq və istixana qazı emissiyalarını 35% azaltmaqla öz iqtisadiyyatını dekarbonizasiya etmək üçün ilham verici hədəflər müəyyənləşdirib. Strateji mövqeyi və geniş yaşıl enerji potensialı ilə Azərbaycan, regionda və onun hüdudlarından kənarda yaşıl enerjinin inkişafı və təmin olunmasında əsas oyunçulardan birinə çevrilməyə hazırdır. "ACWA Power"Azərbaycanın bu strategiyasını dəstəkləyir və ölkədə yaşıl enerji və suyun duzsuzlaşdırılması layihələrinə sərmayə yatırmağa böyük maraq göstərir”.

Qeyd edək ki, bu ilin sentyabr ayında "ACWA Power" Azərbaycan və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında yaşıl sahibkarlığın təşviqi və Azərbaycanda mikro, kiçik və orta müəssisələr üçün iqlim dəyişikliyi məsələlərinin həlli üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdı. Bundan əlavə, ACWA Power ölkədə keçirilmiş mühüm tədbir olan COP29-un Enerji və Su Tərəfdaşı olmuşdu.

Hazırda şirkət, investisiya dəyəri 340 milyon ABŞ dolları olan, 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasını inşa edir.

"ACWA Power" haqqında

"ACWA Power" (TADAWUL:2082) Səudiyyə Ərəbistanının səhmdar şirkəti, dünyanın ən böyük dəniz suyunun duzsuzlaşdırılması üzrə özəl şirkəti və yaşıl enerjiyə keçid üzrə lideridir. 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaradılmış ACWA Power, Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya da daxil olmaqla 13 ölkədə fəaliyyət göstərir. Lokalizasiyaya xüsusi diqqət yetirən ACWA Power, 4,000-dən çox işçi heyəti ilə təmsil olunur və onların 60%-i fəaliyyət göstərdiyi ölkələrin yerli əhalisidir.

Şirkətin portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 90 layihədən ibarətdir və ümumi sərmayə dəyəri 94.3 milyard ABŞ dolları təşkil edir. Şirkət, ümumilikdə 65.6 GVt enerji istehsalı gücünə malik layihələr həyata keçirir və gündəlik 8 milyon kubmetr duzsuzlaşdırılmış su istehsal edir.

Daha ətraflı məlumat üçün: www.acwapower.com
Əlaqə üçün: [email protected]

Xəbər lenti

Xəbər lenti