...

Macarıstanın Azərbaycandakı Səfirliyi Azərbaycana başsağlığı verib

Siyasət Materials 25 Dekabr 2024 20:43 (UTC +04:00)
Macarıstanın Azərbaycandakı Səfirliyi Azərbaycana başsağlığı verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın Azərbaycandakı Səfirliyi bu gün Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə Səfirliyin rəsmi "Facebook" hesabında paylaşım edilib.

"AZAL Bakı-Qroznı reysinin Qazaxıstanın Aktau şəhrinde 25 dekabrda faciəli qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına səmimi və dərin hüznlə başsağlığı veririk, yaralananların tezliklə sağalmasını arzu edirik. Bu çətin saatlarda fikirlərimiz və dualarımız azərbaycanlı dostlarımızla", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti