...

Suriyada pusquya düşən 14 hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub - DİN

Dünya xəbərləri Materials 26 Dekabr 2024 04:55 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın Tartus (Dəməşqdən 220 km) şəhəri və ətrafında keçmiş rejim tərəfdarlarını təqib edərkən Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri pusquya düşüb, 14 döyüşçü öldürülüb.

Trend-in məlumatına görə, bu barədə "SANA" agentliyinə Suriya daxili işlər naziri Məhəmməd Əbdül Rəhman deyib.

"Tartus yaxınlığındakı ərazilərdən birində asayişin qorunması üçün əməliyyat keçirərkən hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı elementlər tərəfindən pusquya salınıb. Nəticədə 14 təhlükəsizlik işçisi ölüb, 10-u yaralanıb", - deyə o bildirib.

Nazir vurğulayıb ki, hakimiyyət sabitliyin və vətəndaş sülhünün qorunması üçün səylərini əsirgəməyəcək. “Biz Suriyanın və onun oğullarının təhlükəsizliyinə təcavüz edən hər kəsə dəmir əllə zərbə vuracağıq", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti