Bakı. Trend:
Yaradıldığı 2017-ci ildən bəri İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən kapital bazarlarına təqribən 3 milyard manata yaxın vəsait daxil olub.
Trend xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanəti Fondunun İdarə Heyəti sədrinin müşaviri İlham Kələşov fondun media üçün təlimində deyib.
"Azərbaycanda kapital bazarlarının inkişafına İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) töhfəsi əvəzsizdir.
Bu illər ərzində fond tərəfindən kapital bazarlarına təqribən 3 milyard manata yaxın vəsait daxil olub. Fondun hazırkı dövrə olan istiqrazlarının həcmi 2 milyard manatdan artıqdır.
Fondun əsas nizamnamə kapitalı dövlət büdcəsindən formalaşır. Artıq bizim nizamnamə kapitalımız 1,78 milyard manata yaxındır. Fond yüksək kapitallaşma səviyyəsinə malikdir. Kapitalın aktivlərə nisbəti 33,4% təşkil edir", - deyə o bildirib.