...

Xaçmaz rayonunda 2 İyul - Polis Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 2 İyul 2024 18:33 (UTC +04:00)
Xaçmaz rayonunda 2 İyul - Polis Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev polis əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanda daxili işlər orqanlarının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər polis orqanlarının maddi-texniki bazası gücləndirilib, əməkdaşların peşəkarlıq səviyyəsi artırılıb, onların sosial durumlarının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Həmid Həsənov qeyd edib ki, Azərbaycan polisi yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib.

Digər çıxış edənlər çıxış edənlər 106 illik tarixə malik Azərbaycan polisinin keşməkeşli, şərəfli bir yol keçdiyini bildiriblər. Dövlətimizin formalaşmasında, milli maraqlarımızın qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında danışıblar.

Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib, veteran polis əməkdaşlarına hədiyyələr verilib.

Xəbər lenti

Xəbər lenti