...

İran “Avropa üçlüyü” ilə məsləhətləşmələri davam etdirməyə hazırdır

Dünya xəbərləri Materials 20 İyun 2025 23:06 (UTC +04:00)
İran “Avropa üçlüyü” ilə məsləhətləşmələri davam etdirməyə hazırdır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri ilə məsləhətləşmələri davam etdirməyə hazır olduğunu və yaxın vaxtlarda “Avropa üçlüyü” formatında növbəti görüşün keçirilməsi imkanını nəzərdən keçirdiyini açıqlayıb.

Trend xəbər verir ki, bunu Cenevrədəki danışıqların yekunlarına görə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz “Avropa üçlüyü” və Avropa İttifaqının digər üzv ölkələri ilə məsləhətləşmələrin davam etdirilməsinin tərəfdarıyıq. Eyni zamanda yaxın vaxtlarda daha bir görüş keçirməyə hazırıq”, – deyə Əraqçi bildirib.

Bununla yanaşı, İran rəsmisi vurğulayıb ki, ölkəsi öz qanuni özünümüdafiə hüququndan istifadəni davam etdirəcək. O qeyd edib ki, İsrailin hücumları davam etdiyi müddətdə İran heç bir tərəflə danışıqlara açıq olmayacaq.

Xəbər lenti

Xəbər lenti