...

İsrail Tehran, Təbriz və Kirmanşahda strateji obyektləri vurub - IDF

Dünya xəbərləri Materials 20 İyun 2025 15:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin 50 qırıcısı Tehranda İranın nüvə proqramının “prioritet hədəflərinə” və raket hissələrini istehsal edən obyektlərə hücumlar edib.

Trend xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, IDF-nin başqa bir məlumatına əsasən, İsrail HHQ-yə aid 25-ə yaxın qırıcı Təbriz və Kirmanşah şəhərlərində 35-dən çox raket anbarı və buraxılış məntəqələrini məhv edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti