...

Azərbaycanın FIFA referisi Almaniya - İtaliya oyununa təyinat alıb - Avropa çempionatı

İdman Materials 20 İyun 2025 18:41 (UTC +04:00)
Azərbaycanın FIFA referisi Almaniya - İtaliya oyununa təyinat alıb - Avropa çempionatı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.

Trend xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Almaniya - İtaliya oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qarşılaşmanın baş hakimi isə litvalı Manfredas Lukyançukas olacaq.

İyunun 22-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib.

Xəbər lenti

Xəbər lenti