Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İsrailə İranın nüvə obyektlərinə zərbə endirməmək barədə xəbərdarlıq edib.
Trend xəbər verir ki, məsələ barədə AEBA-nın rəhbəri Rafael Qrossi İran və İsrail arasında gərginliyin artması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasında bildirib.
"Nüvə obyektlərinə hücumlar heç vaxt baş verməməlidir. Bu cür hücumlar radioaktiv materialların buraxılmasına gətirib çıxara bilər və hücuma məruz qalan ölkə daxilində, hətta onun hüdudlarından kənarda ciddi nəticələrə səbəb ola bilər.
Ona görə də maksimum təmkinli olmaq çağırışımı təkrar edirəm”, - o qeyd edib.