...

Qazaxıstanda güclü fırtına dağıntılara və insan tələfatına səbəb olub

Dünya xəbərləri Materials 20 İyun 2025 22:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Pavlodar vilayətində baş vermiş güclü fırtına nəticəsində infrastruktur ciddi ziyan görüb, 16 nəfər xəsarət alıb, bir nəfər isə həyatını itirib.

Trend xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb.

Məlumata görə, vilayət ərazisində saniyədə 43 metrə çatan güclü külək qeydə alınıb. Təbii fəlakət nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb, bir sıra obyektlərə və yaşayış binalarına ziyan dəyib.

Təcili yardım xidmətlərinin məlumatına əsasən, xəsarət alanlar arasında üç uşaq da olmaqla 16 nəfər var. Aksu şəhərinin 1968-ci il təvəllüdlü sakini aldığı xəsarətlərdən dünyasını dəyişib.

Vilayət administrasiyası bildirib ki, hazırda Aksu şəhəri və Bayanaul rayonunda elektrik enerjisinin verilişində fasilələr davam edir. Bərpa işləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti