Bakı. Trend:
NATO Qlobal Cənub dövlətləri ilə əlaqə yaratmalıdır, əks halda alyansın mövcudluq məqsədi sual altına düşə bilər.
Trend xəbər verir ki, bu fikri iyunun 20-də İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krosetto səsləndirib.
“NATO-nun artıq mövcud olmaq üçün heç bir səbəbi yoxdur. Atlantik okeanı bir zamanlar dünyanın mərkəzi idi, amma indi dünyanın mərkəzi bütün dünyadır,” – deyə nazir bildirib.
O qeyd edib ki, NATO sülhü və qarşılıqlı müdafiəni təmin etmək məqsədilə yaradılıb, lakin hazırkı qlobal şəraitdə bu vəzifəni icra etmək üçün alyans yeni yanaşma formalaşdırmalı və Qlobal Cənubla əlaqələr qurmalıdır.
“NATO əsaslı şəkildə fərqli bir auruma çevrilməlidir. Əks halda, biz ümumi qaydalar çərçivəsində təhlükəsizliyi təmin etmək hədəfinə çata bilməyəcəyik,” – deyə Krosetto əlavə edib.