...

TAP vasitəsilə qaz tədarükünün 2025-ci il üzrə aylıq dinamikası

Energetika Materials 21 İyun 2025 09:19 (UTC +04:00)
TAP vasitəsilə qaz tədarükünün 2025-ci il üzrə aylıq dinamikası
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Transadriatik qaz kəməri (TAP) ilə qazı nəqli həcmləri 2025-ci ilin bahar aylarında sabit artım nümayiş etdirib.

TAP AG konsorsiumundan Trend-ə verilən məlumata görə, mart ayında cari ildə həyata keçirilmiş tədarüklərin həcmi baxımından rekord göstərici qeydə alınıb.

2025-ci ilin yanvar ayından may ayına kimi TAP Avropaya ümimilikdə 4,480 milyard kubmetr təbii qaz nəql edib.

Aylıq bölgü aşağıda göstərilən şəkildədir:

Ay

Həcm (mlrd kub/m)

Yanvar

0,835

Fevral

0,815

Mart

0,993

Aprel

0,905

May

0,932

Məlumatlar fevraldan may ayınadək tədarük həcmlərində ardıcıl artımın olduğunu göstərir. Mart ayı isə – tədarük həcminin 1 milyard kubmetrə yaxınlaşdığı dövr – ilin ilk beş ayı ərzində ən məhsuldar ay olub.

Konsorsiumun məlumatına görə, 2020-ci ilin sonlarında kommersiya istismarına başlanıldığından bəri ümumi tədarük həcmi 47,222 milyard kubmetrə çatıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas elementi olan TAP Avropaya enerji tədarük marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır və qitənin karbonsuzlaşdırma prosesinə töhfə verir.

Hal-hazırda illik təqribən 10 milyard kubmetr ötürücülük qabiliyyətinə malik olan TAP-ın gücünün 20 milyard kubmetrə qədər artırılması potensialı mövcuddur ki, bu da Avropanın enerji təhlükəsizliyini və dayanıqlığını gücləndirmiş olacaq.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti