...

ABŞ İrana zərbə endirməyə hazırlaşır, amma diplomatik həllə ümid edirik - Vuçiç

Turizm Materials 21 İyun 2025 05:52 (UTC +04:00)
ABŞ İrana zərbə endirməyə hazırlaşır, amma diplomatik həllə ümid edirik - Vuçiç
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç Yaxın Şərqdə artan gərginlikdən narahatlığını ifadə edərək, ABŞ-ın İrana hərbi zərbə endirməyə hazırlaşa biləcəyini bildirib.

Trend-in məlumatına görə, o, bu barədə TV Prva telekanalının efirində çıxışı zamanı danışıb.

“Artıq bölgəyə çoxlu hərbi qüvvələr cəlb olunub. ABŞ-ın üçüncü təyyarədaşıyan gəmisi bütün kontingenti ilə Hind okeanı istiqamətində deyil, birbaşa İranın yaxınlığına – Fars körfəzinə və Hörmüz boğazına doğru irəliləyir. Məncə, amerikalılar hücuma hazırlaşırlar, amma ümid edirəm ki, bu baş verməyəcək. Ümid edirəm ki, bu, yalnız təzyiq vasitəsidir”, – deyə Vuçiç vurğulayıb.

Serbiya lideri əlavə edib ki, Avropa tərəfləri məsələni sülh yolu ilə həll etməyə çalışırlar, lakin ABŞ-ın bu səylərə necə yanaşdığı hələlik aydın deyil.

Vuçiç həmçinin xəbərdarlıq edib ki, Yaxın Şərqdəki mövcud münaqişə qlobal böhrana çevrilə bilər. Bu isə, onun fikrincə, dünya üzrə neft qiymətlərinin kəskin artmasına və inflyasiyanın sürətlənməsinə səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti