...

İranın 5 “SEPAH” üzvü öldürülüb

Dünya xəbərləri Materials 21 İyun 2025 10:46 (UTC +04:00)
İranın 5 “SEPAH” üzvü öldürülüb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin bu gün səhər saatlarında İrana hava hücumları nəticəsində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Lorestan vilayəti üzrə 5 hərbçisi ölüb.

Trend-in məlumatına görə, bu barədə İranın qərbində yerləşən SEPAH-ın Lorestan vilayəti üzrə ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Məlumata görə, İsrail vilayətin Xorrəmabad rayonunda hərbi məqsədlərə hava hücumları edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti