Bakı. Trend:
Türkiyədə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin(AFAD) saytında məlumat yayılıb.
Məlumata görə, 3,5 maqnitudalı zəlzələnin episentri Samsunun Ladik kəndi olub. Yerli vaxtla 06:50 qeydə alınan zəlzələnin yeraltı ocağı 19,43 kilometr dərinlikdə olub.
Dağıntılar barədə məlumat yoxdur.