...

İsrail İrana növbəti hava zərbələri endirib

Dünya xəbərləri Materials 21 İyun 2025 01:40 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri bir müddət əvvəl İrana qarşı növbəti zərbələr dalğasını həyata keçirib.

Trend xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücumda 15 qırıcı təyyarə iştirak edib. Zərbələr əsasən İranın qərb bölgəsində yerləşən raket buraxılış sistemlərinə yönəlib.

Hücumun nəticələri barədə əlavə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti