Bakı. Trend:
Yunanıstanın Kalamata şəhərinin beynəlxalq hava limanında yerə eniş zamanı "Ryanair" aviaşirkətinə məxsus təyyarənin qanadı qırılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Böyük Britaniyanın London-Stansted hava limanından "FR6080" reysi ilə havaya qalxıb.
Uçuş zamanı sərnişinlər güclü turbulentlik yaşadıqlarını bildiriblər. Həyəcanlı anlara baxmayaraq, eniş uğurla həyata keçirilib. Ancaq təhlükə bununla bitməyib. Təyyarə dayanacaq zonasında hərəkət edərkən baryerə toxunub və nəticədə qanad qırılıb.
Sərnişinlərdən biri hadisə anlarını belə xatırlayır:
"Hamı qorxmuşdu, bizə təyyarədə qalmağı dedilər, halbuki açıq-aşkar yanğın təhlükəsi var idi. Turbulentlik zamanı isə "kəmərləri bağlayın" siqnalı verilməmişdi".
Hazırda hadisənin detalları araşdırılır.