...

Uşaqların 1-ci sinfə elektron qəbulu prosesi davam edir - Bu tarixədək

Cəmiyyət Materials 20 İyun 2025 10:26 (UTC +04:00)
Uşaqların 1-ci sinfə elektron qəbulu prosesi davam edir - Bu tarixədək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 6-dan start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 17 iyun 2025-ci il saat 11:00-dan 12 sentyabr saat 18:00-a qədər dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi prosesi həyata keçirilir.

Bununla yanaşı, 17 iyun 2025-ci il saat 11:00-dan 17 iyul 2025-ci il saat 10:59-a qədər isə Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhəri üzrə tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti