Bakı.Trend:
İyunun 20-21 tarixlərində Bakıda keçirilən “Qaydasız döyüş” (UFC) turnirində təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur. Tədbirin keçirildiyi arenaya gələn azarkeşlər—iştirakçılar yoxlanılmaqla qadağan olunan əşyaların keçirilməsinə icazə verilmir.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qadağan olunmuş əşyaların siyahısı barədə tədbirin keçiriləcəyi məkanda məlumat lövhələri quraşdırılıb.
Turnir zamanı şüşə və metal qablar, kəsici-deşici alətlər, dəyənəklər, fişənglər və partlayıcı maddələr, səsgücləndirici qurğular arenaya buraxılmır.
Turnirin təhlükəsiz və uğurlu keçirilməsi üçün zəruri tədbirlər diqqətdə saxlanılır.