...

İsrailin 60 döyüş təyyarəsi Tehranda 20-dən çox hərbi obyekti vurub

Dünya xəbərləri Materials 19 İyun 2025 00:33 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60 döyüş təyyarəsi son saatlar ərzində Tehranda yerləşən 20-dən çox hərbi obyektə hava zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hücum edilən hədəflər sırasında “nüvə silahı inkişaf etdirmə obyektləri” və “raket istehsalı müəssisələri” də yer alıb. Zərbələrin dəqiq nəticələri barədə əlavə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti