Bakı. Trend:
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölçmə vasitələrinin yoxlanılması sahəsində attestasiya olunmuş fiziki şəxslərin siyahısına daha 4 nəfər əlavə olunub.
Bu barədə Trend dövlət agentliyinə istinadən xəbər verir.
Attestasiya olunmuş yeni şəxslər Aslanbəy Məhəmməd oğlu Qardaşov, Emil Eldar oğlu Bayramlı, Cəmil Elman oğlu Dəmirov və Fazil İlham oğlu İsmayılovdur.
Onlara bu ilin fevral, aprel və may aylarında 5 illik attestatlar təqdim olunub.
Ölçmə vasitələrinin yoxlanılması sahəsində attestasiya edilmiş fiziki şəxslərə dair məlumatlara bu linkə keçid edərək tanış ola bilərsiniz.