Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda 87,6 min ton neft bitumu istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,7 min ton və ya 7,1% azdır.
Belə ki, ötən ilin yanvar-may aylarında ölkədə 94,3 min ton neft bitumu istehsal edilmişdi.
Bu ilin iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 8,7 min ton təşkil edib.
Eyni zamanda cari ilin yanvar-may aylarında Azərbaycanda 84,7 min ton neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,6 min ton və ya 12% azdır.
Ötən ilin yanvar-may aylarında ölkədə 96,3 min ton neft koksu istehsal edilmişdi.
Cari ilin iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 37 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,036 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz azalıb.