...

Azərbaycanda dəniz limanları ilə daşınan tranzit yüklərin həcmi 4%-dən çox artıb

İqtisadiyyat Materials 18 İyun 2025 16:46 (UTC +04:00)
Azərbaycanda dəniz limanları ilə daşınan tranzit yüklərin həcmi 4%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dəniz limanları tərəfindən 2025-ci ilin yanvar-may aylarında 5,704 milyon ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 128 min ton və ya 2,3% çoxdur.

Məlumata görə, hesabat dövründə yüklərin 4,663 milyon tonunu və ya 81,8 faizini tranzit yüklər təşkil edib ki, bu da 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 195,5 min ton və ya 4,4% artım deməkdir.

2025-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 220,1 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azalaraq 10,4 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti