Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda 266,8 min ton ağ neft istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 min ton və ya 0,3% azdır.
Belə ki, ötən ilin yanvar-may aylarında ölkədə cəmisi 267,7 min ton ağ neft istehsal olunmuşdu.
Bu ilin iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 39,1 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,036 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz azalıb.