...

UFC Xəzərin sahilində: Döyüşçülər Bakının mərkəzində açıq məşq keçirib (FOTO)

İdman Materials 18 İyun 2025 22:28 (UTC +04:00)
UFC Xəzərin sahilində: Döyüşçülər Bakının mərkəzində açıq məşq keçirib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizi üzərində yay qürubu fonunda Dənizkənarı Bulvar Milli Parkı qarışıq döyüş növləri həvəskarları üçün əsl arenaya çevrilib. Məhz burada UFC ulduzlarının açıq məşqi baş tutdu və bu, çoxlu tamaşaçı cəlb etdi və əsl idman bayramı ab-havasını yaratdı.

Trend-in məlumatına görə, tədbir "UFC Fight Night Baku" çərçivəsində baş tutub.

Bir-birinin ardınca məşhur əcnəbi və azərbaycanlı döyüşçülər Xalil Rountri, Camaal Hill, Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev improvizə səhnəyə çıxdılar.

İdmançılar məşq prosesinin elementlərini nümayiş etdirib, texnikaları, şəxsi fəndləri və döyüşlərə hazırlaşmağın sirlərini ictimaiyyətlə bölüşüblər. Hər bir çıxış alqışlar və coşğulu qışqırıqlarla müşayiət olunurdu - tamaşaçılar nəinki öz kumirlərini canlı görmək, həm də UFC ruhunu heç vaxt olmadığı qədər yaxın hiss etmək üçün unikal fürsət əldə etdilər. Tamaşaçılara əsl döyüş ab-havası hədiyyə edildi və məşq ən parlaq emosiyalar və sensasiyalar ilə yadda qaldı.

Bakıda keçirilən açıq UFC məşqi şəhərin idman həyatında parlaq epizod oldu və bir daha təsdiq etdi ki, Azərbaycan dünya miqyaslı tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etməyi bilir.

Xatırladaq ki, iyunun 21-də Bakıda ilk dəfə "UFC Fight Night" turniri keçiriləcək. Gecədə “Baku Crystall Hall”da 6 əsas, 6 isə ilkin vərəqdə 12 döyüş keçiriləcək. Bakıda keçiriləcək UFC gecəsinin əsas tədbiri yüngül çəkidə keçmiş UFC çempionu Camal Hill və keçmiş titul rəqibi Xalil Rountri arasında döyüş olacaq. İkinci ən vacib döyüş yüngül çəkidə həmyerlimiz Rafael Fiziyevlə çilili döyüşçü İqnasio Bahamondes arasında baş tutacaq. Həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev oktaqona daxil olacaqlar. Onlar müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıktıbek Orolbayla üz-üzə gələcəklər.

Xəbər lenti

Xəbər lenti