Bakı. Trend:
İranda yerləşən iki sentrifuqa istehsalı müəssisəsinin – TESA Kərəc və Tehran Tədqiqat Mərkəzinin hücumlara məruz qalıb.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) "X" sosial şəbəkə hesabındakı paylaşımında bəyan edib.
"Bütün bunlar birgə hərtərəfli fəaliyyət planı (JCPOA) çərçivəsində daha əvvəl BAEA nın müşahidə və yoxlaması altında olan obyektlərdir.Tehranda müasir sentrifuqaların rotorlarının istehsal və sınaqdan keçirildiyi bina zədələnib. Kərəcdə isə müxtəlif sentrifuqa komponentlərinin istehsal edildiyi iki bina dağıdılıb", - məlumatda bildirilir.
Bundan əvvəl BAEA-nin baş direktoru Rafael Qrossi Agentliyin İdarə Heyətinin iclasında çıxışı zamanı şəffaflıq və informasiya mübadiləsinin mövcud şəraitdə əhəmiyyətini vurğulamışdı.
"Agentliyin obyektlər və müvafiq ərazilərlə bağlı tam texniki məlumatı vaxtında alması son dərəcə vacibdir. Əks halda, biz nə radiasiya vəziyyətini, nə də əhalinin və ətraf mühitin mümkün təsirlərə məruz qalmasını dəqiq qiymətləndirə bilərik, həmçinin lazım olan yardımın göstərilməsi mümkün olmaz", – deyə o bildirib.
Qrossi eyni zamanda təsdiqləyib ki, Agentlik İranda fəaliyyətini davam etdirəcək.