...

Azərbaycan ən qüdrətli dövrünü yaşayır - Fərhad Abdullayev

Cəmiyyət Materials 18 İyun 2025 11:16 (UTC +04:00)
Azərbaycan ən qüdrətli dövrünü yaşayır -  Fərhad Abdullayev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süni intellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu gün keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxış edərkən deyib.

O vurğulayıb ki, bu gün dünyada istər siyasi, istərsə də iqtisadi cəhətdən mürəkkəb vəziyyət hökm sürür:

“Qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süni intellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır. Hazırda bir çox dünya dövlətləri mürəkkəb siyasi sınaq qarşısındadır. Lakin bütün bu çətinliklərə baxmayaraq, bizim ölkəmiz gündən-günə güclənərək, bu gün deyə bilərik ki, ən qüdrətli dövrünü yaşayır. Müstəqillik dövründə əldə edilən ən vacib nailiyyət isə şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyinin tam bərpası oldu. Əldə olunan qələbə sayəsində Konstitusiyasının hüquqi qüvvəsinin işğaldan azad edilmiş bütün torpaqlarımızda şərtsiz bərqərar olunması ilə Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlar tam şəkildə bərpa edildi”.

Xəbər lenti

Xəbər lenti