...

“Ədiblər Azərbaycanda”, “Sənətkarlar Azərbaycanda” və “Azərbaycan ədəbiyyatı xaricdə” layihələri təsis ediləcək

Cəmiyyət Materials 14 Yanvar 2026 17:16 (UTC +04:00)
“Ədiblər Azərbaycanda”, “Sənətkarlar Azərbaycanda” və “Azərbaycan ədəbiyyatı xaricdə” layihələri təsis ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ədəbi mühitini qlobal ədəbi mühitə uyğun inkişaf etdirmək, ədəbi əsərlərin yaradılması prosesinin nəşriyyat işi dəyər zəncirinə daxil edilməsini asanlaşdırmaq və tanınmış xarici ədiblərin təcrübəsindən yararlanmaq məqsədilə “Ədiblər Azərbaycanda” (“Writers in Residence in Azerbaijan”) layihəsi təsis ediləcək.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.

Həmçinin, Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması məqsədilə “Azərbaycan ədəbiyyatı xaricdə” (“Azerbaijani Literature Abroad”) layihəsinin təsis ediləcək.

Bununla yanaşı, Azərbaycan incəsənətinin dünya incəsənəti ilə qarşılıqlı inkişafını təmin etmək və beynəlxalq mədəni mübadiləni genişləndirmək məqsədilə “Sənətkarlar Azərbaycanda” (“Artists in Azerbaijan”) layihəsi təsis ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti