Bakı. Trend:
Kino sənayesində dövlət sifarişi sisteminin, dəyər zəncirinin, o cümlədən kütləvi nümayiş və yayım sisteminin təkmilləşdiriləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.
Belə ki, 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlili əsasında tədbirlərin, tərəfdaşların, icraçıların və əməkdaşlıq modellərinin müəyyən edilməsi, kino sənayesində keyfiyyətə və milli-mənəvi dəyərlərə üstünlük verilməsinə əsaslanan yeni dövlət sifarişi sisteminin yaradılması və maliyyələşdirmə mənbələrinin diversifikasiyası, rəqabətədavamlı dəyər zəncirlərinin formalaşdırılması planlaşdırılır.
