Bakı. Trend:
Mədəniyyət sahəsində dövlət informasiya resurslarının birləşdirilməsi və ya əlaqələndirilməsi, vahid kommunikasiya siyasətinin həyata keçirilməsi məqsədilə “e-culture” platformasının yaradılması təmin ediləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.
Belə ki, 2026-2027-ci illərdə “e-culture” platformasının yaradılması, platformanın test edilməsi və platforma vasitəsilə mədəniyyətə əlçatanlığın və yaradıcılıqda geniş iştirakçılığın təmin edilməsi planlaşdırılır.
