Bakı. Trend:
İran hakimiyyəti ölkədəki vəziyyətə tam nəzarət edir və İslam Respublikasında sakitlik bərpa olunub.
Trend xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi açıqlayıb.
O bildirib: "İndi sakitlik qayıdıb. Hər şey nəzarətimizdədir və ümid edək ki, müdriklik qalib gələcək və özümüzü hər kəs üçün fəlakətli olacaq yüksək gərginlikli bir vəziyyətdə tapmayacağıq".
