...

ABŞ yarımkeçirici idxalına 25 faizlik tarif tətbiq etdi

Dünya xəbərləri Materials 15 Yanvar 2026 06:55 (UTC +04:00)
ABŞ yarımkeçirici idxalına 25 faizlik tarif tətbiq etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ yarımkeçiricilərin idxalına 25 faiz həcmində tarif tətbiq edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın yanvarın 14-də Ağ Evin mətbuat xidməti tərəfindən dərc edilmiş bəyannaməsində bildirilir.

Sənəddə qeyd olunur ki, qərar “müəyyən qabaqcıl” mikroçiplərin və digər oxşar məhsulların idxalına şamil edilir. Bununla yanaşı, bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, istehsal gücünün genişləndirilməsi, məlumat mərkəzlərində, startaplarda, eləcə də tədqiqat və inkişaf fəaliyyətlərində istifadə məqsədilə yarımkeçiricilərin idxalı zamanı bu rüsum tətbiq olunmayacaq.

Bəyannamədə vurğulanır ki, hazırda ABŞ daxili tələbat üçün lazım olan yarımkeçiricilərin cəmi 10 faizini istehsal edir. Prezident Donald Tramp bu səbəbdən Amerika iqtisadiyyatının yarımkeçirici sektorunda xarici təchizatçılardan ciddi şəkildə asılı olduğunu bildirib və mövcud vəziyyəti ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti