...

Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcian Ermənistana təhvil verildi

Gündəm Materials 14 Yanvar 2026 16:32 (UTC +04:00)
Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcian Ermənistana təhvil verildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.

Trend xəbər verir ki, bu şəxslərin təhvil verilməsini Azərbaycan və Ermənistan arasında uğurla davam edən sülh prosesinin nəticəsi kimi qiymətləndirmək olar.

Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib. Məhkumlar, həmçinin, Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.

Onların sırasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçatryana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti