...

İngiltərə klubu "Fənərbaxça"ya 20 milyon avroluq təklif göndərdi

İdman Materials 14 Yanvar 2026 16:13 (UTC +04:00)
İngiltərə klubu "Fənərbaxça"ya 20 milyon avroluq təklif göndərdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Everton" mərakeşli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında rəsmi danışıqlar başlayıb. "Everton" 28 yaşlı forvard üçün Türkiyə klubuna 20 milyon avroluq satınalma bəndi ilə icarəyə götürmək təklifi göndərib.

Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini 2024-cü ilin yayında "Sevilya"dan 19,5 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti