...

“Qarabağ”ın növbəti yoxlama oyunları bu tarixlərdə keçiriləcək

İdman Materials 14 Yanvar 2026 14:23 (UTC +04:00)
“Qarabağ”ın növbəti yoxlama oyunları bu tarixlərdə keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ” futbol klubunun növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki matça çıxacaq.

İlk rəqib Xotvatiya təmsilçisi “Osiyek” olacaq. “Köhlən atlar” ardınca Polşanın “Zaqlebye” klubu ilə üz-üzə gələcək.

Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start götürəcək. Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni beş cavabsız qolla üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti