Bakı. Trend:
Böyük Britaniya Yaxın Şərqdə artan gərginlik fonunda Qətərdə yerləşən “Əl-Udeyd” aviabazasından bəzi hərbi qulluqçularını təxliyə etməyə başlayıb.
Trend-in xəbərinə görə, bu barədə “i” qəzeti məlumat yayıb.
Bildirilir ki, britaniyalı hərbi heyət sözügedən aviabazada ABŞ Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə yerləşdirilib.
“Reuters” agentliyinin bundan əvvəl yaydığı məlumata əsasən, ABŞ Qətərdəki “Əl-Udeyd” aviabazasında xidmət edən öz hərbçilərinə bu gün axşam saatlarınadək bazanı tərk etməyi tövsiyə edib. Qətər KİV-i dərc olunmuş bu məlumatı təsdiqləyib.
