...

BMT TŞ Qırmızı dənizdə husilərin hücumlarının izlənməsi ilə bağlı qərarın müddətini uzatdı

Dünya xəbərləri Materials 14 Yanvar 2026 20:34 (UTC +04:00)
BMT TŞ Qırmızı dənizdə husilərin hücumlarının izlənməsi ilə bağlı qərarın müddətini uzatdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) husilərin Qırmızı dənizdə həyata keçirdiyi hücumların izlənməsi və qeydiyyata alınması ilə bağlı qərarın müddətini daha 6 ay uzadıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, qərar layihəsi BMT TŞ-də səsverməyə çıxarılıb və 13 lehinə səslə qəbul edilib.

Rusiya və Çin səsvermədə bitərəf qalıb. Qərarın müddəti 15 iyul 2026-cı ilədək uzadılıb.

Məlumata görə, qərar ABŞ və Yunanıstan tərəfindən hazırlanıb. Səsvermə ərəfəsində çıxış edən Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Evstigneeva bildirib ki, Moskva sənədi siyasiləşdirilmiş hesab edir və buna görə də bitərəf mövqe tutur. Onun sözlərinə görə, mövcud reallıqlar fonunda Təhlükəsizlik Şurası Qırmızı dənizdən çox Karib hövzəsində vergi və ticarət daşımalarının izlənməsinə diqqət yetirməlidir.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Cennifer Loketta isə qərarın qəbulunu müsbət qiymətləndirib. O qeyd edib ki, bu addım Şuranın Qırmızı dəniz və ətraf su yollarında naviqasiya azadlığına qarşı husilərin yaratdığı “terror təhlükəsinə” qarşı ayıq-sayıq qalmaq öhdəliyini bir daha təsdiqləyir.

Qeyd edək ki, Yəməndə fəaliyyət göstərən husilər 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağında Qırmızı dəniz və Ədən körfəzində İsraillə əlaqəli yük gəmilərini hədəf alırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti