Bakı.Trend:
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayan 1985-ci il təvəllüdlü Səbirə Kazımova anası ilə mübahisə edib.
Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
