...

Almaniya ilk hərbi heyətini bu həftə Qrenlandiyaya göndərəcək

Dünya xəbərləri Materials 15 Yanvar 2026 00:46 (UTC +04:00)
Almaniya ilk hərbi heyətini bu həftə Qrenlandiyaya göndərəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya bu həftə hərbçilərdən ibarət ilk heyəti Qrenlandiyaya göndərəcək.

Trend xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya və Skandinaviya mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, əvvəlcə Almaniya Silahlı Qüvvələrinin (Bundesverin) bir neçə üzvündən ibarət öncü dəstə adaya göndəriləcək. Federal hökumət və Bundestaq mənbələrinin verdiyi məlumata əsasən, ilk kəşfiyyat qrupu yanvarın 15-də yola düşəcək. Bundesver adanı Avropa İttifaqına üzv ölkələrin ordularının birgə missiyası çərçivəsində Almaniyanın töhfəsini araşdırmaq məqsədilə zabitlər və logistika heyətindən ibarət kontingent göndərəcək. Missiyada Almaniyanın yüksək dağ hərbi briqadası ilə yanaşı, dəniz və hava qüvvələrinin də iştirakı planlaşdırılır.

Danimarka adada hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artıracağını açıqlayıb və NATO-dakı digər avropalı tərəfdaşların da bu təşəbbüsə qoşulacağı gözlənilir. Əməliyyat Danimarka tərəfindən koordinasiya ediləcək və ABŞ-ın rəhbərliyi altındakı NATO strukturları vasitəsilə aparılmayacaq, çünki NATO-nun Şimali Avropa ölkələri, o cümlədən Qrenlandiya, Norfolkdakı ABŞ komandanlığına tabedir.

Xəbər lenti

Xəbər lenti