Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə Qrenlandiyanın gələcəyi ilə bağlı danışıqlar aparacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Vens Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri ilə görüşərək adanın strateji əhəmiyyətini müzakirə edəcək.
"The Washington Post" nəşrinin məlumatına görə, Danimarka və Qrenlandiya tərəfi əslində ABŞ dövlət katibi Marko Rubio ilə görüşmək üçün müraciət edib.
